satellite   Azerspace-1: 11135 H 30000

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

“Climate Impact Lab” elmi-tədqiqat təşkilatının yeni hesabatında tədqiqatçılar xəbərdarlıq ediblər ki, qarşıdakı altı ay ərzində El-Nino hadisəsinin səbəb olduğu güclü istilər nəticəsində təxminən yarım milyon insan həyatını itirə bilər. Bu barədə NTV xarici mediaya istinadla xəbər verir.

Tədqiqata əsasən, iyun ayından fevralın sonunadək El-Ninonun təsiri ilə adi illə müqayisədə istilərlə əlaqəli ölüm hallarının sayının 451 min artacağı gözlənilir.

Proqnozlara görə, hər il müşahidə olunan bu iqlim hadisəsi bütün dünyada güclü quraqlıqlara, meşə yanğınlarına və su ehtiyatlarının azalmasına səbəb olacaq. Bununla yanaşı, ən ciddi fəsadları yoxsul ölkələr yaşayacaq. Bu ölkələrin bir çoxu artıq ərzaq təhlükəsizliyi problemi və enerji daşıyıcılarının yüksək qiymətləri ilə üzləşir.

Tədqiqat çərçivəsində temperaturla bağlı mövsümi proqnozlar yüksək temperaturun dünyanın 24 mindən çox regionunda ölüm hallarına təsir edəcəyinə dair yerli qiymətləndirmələrlə birləşdirilib.

Qrupun həmtəsisçisi və tədqiqatın həmmüəllifi Maykl Qrinston bildirib ki, istilərlə bağlı təhlükənin fevral ayından sonra da davam edəcəyi ehtimal olunur. Onun sözlərinə görə, həmin vaxta qədər El-Nino hadisəsinin başa çatacağı gözlənilsə də, bu hava hadisəsinin fəsadları növbəti yaya qədər hiss oluna bilər.

Tədqiqatda Qlobal Cənubun inkişaf etməkdə olan ölkələrinin həddən artıq istilərlə bağlı ən ciddi fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edilir. Daha inkişaf etmiş regionlar vəziyyətin öhdəsindən nisbətən yaxşı gələcək, çünki adətən, həmin ərazilərdə kondisioner sistemləri, etibarlı su təchizatı və fəaliyyət göstərən səhiyyə sistemi daha geniş yayılıb.

Hesabatda hökumətlərin həyata keçirə biləcəyi tədbirlər də tövsiyə olunub. Bunlara istilərlə bağlı xəbərdarlıq sistemlərinin yaradılması, sərinləmə mərkəzlərinin və su ilə təmin olunma məntəqələrinin təşkil edilməsi, açıq havada çalışan işçilərin qorunması üçün tədbirlərin görülməsi, xəstəxanaların imkanlarının genişləndirilməsi və əhalinin həssas qrupları ilə məqsədyönlü işin aparılması daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM