satellite   Azerspace-1: 11135 H 30000

Əfv olunan Türkiyə vətəndaşı: Törətdiyim cinayətə görə çox peşmanam

Əfv olunan Türkiyə vətəndaşı: Törətdiyim cinayətə görə çox peşmanam

Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq əfv edilən Türkiyə vətəndaşı Demir Mehmet törətdiyi cinayətə görə peşman olduğunu bildirib.

NTV xəbər verir ki, o, azadlığa buraxıldığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.

D.Mehmet təxminən 18 ay cəza çəkdiyini deyib:

"Allah İlham Əliyevdən razı olsun. Anamın duası qəbul edildi. Törətdiyim cinayətə görə çox peşmanam. Hamıya deyirəm ki, cinayətdən uzaq durun. Biz peşmanıq, başqa kiminsə peşman olmasını istəmərik. Allah kimsəyə belə bir şey yaşatmasın".

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM