satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan"da baş məşqçi vəzifəsinə təyinat olub

"Araz-Naxçıvan"da baş məşqçi vəzifəsinə təyinat olub

"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib.

NTV xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

O, bu postda Cavid Hüseynovu əvəzləyib.

Qeyd edək ki, Y. Maksimov müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polose", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon", ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər "Keşlə" (indiki "Şamaxı") klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM