satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda geoloji kəşfiyyat aparılan ərazilər 15 000 km²-ə çatdırılacaq

Azərbaycanda geoloji kəşfiyyat aparılan ərazilər 15 000 km²-ə çatdırılacaq

Azərbaycanda "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı"nın və "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın nəticələri nəzərə alınmaqla, geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 000 km²-ə çatdırılması nəzərdə tutulur.

NTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi, mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi və sənaye üçün etibarlı xammal bazasının formalaşdırılması, geoloji kəşfiyyat və mineral resursların qiymətləndirilməsi üzrə beynəlxalq

hesabatlılıq standartlarının tətbiqi, Filizçay polimetal yatağı və Söyüdlü (Zod) qızıl yatağı daxil olmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, habelə ölkənin digər regionlarında yerləşən perspektivli yataqların istismara hazırlanması və filiz emalı

imkanlarının genişləndirilməsi, metal filizlərinin hasilatı və emalı üzrə layihələrə yerli və xarici investisiyaların cəlb edilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM