satellite   Azerspace-1: 11135 H 30000

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

Birjalarda “Brent” markalı xam neftin qiyməti 100 dollardan aşağı enib.

NTV xəbər verir ki, hazırda Londonun ICE birjasında “Brent”in bir bareli 97,63 dollara satılır. “Light” markalı xam neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 89,36 dollara alıcı axtarır.

Neft qiymətləri ardıcıl 4 gündür azalır. “Brent” markalı neftin bir barelinin qiyməti sonuncu dəfə sentyabrın 9-da 100 dollardan aşağı səviyyədə olub.

Yaxın Şərqdəki müharibənin Hörmüz boğazından keçən yük daşımalarını pozması və Rusiya-Ukrayna münaqişəsinin enerji infrastrukturuna zərər verməsi fonunda neft qiymətləri bu il təxminən 70 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM