İspaniyanın “Real Madrid” klubunun zədəli futbolçusu Federiko Valverdenin durumuna aydınlıq gəlib.
NTV Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın VII turunun “Atletiko Madrid” ilə oyununda (1:2) zədələnən uruqvaylı yarımmüdafiəçiyə sol topuq bağlarının üçüncü dərəcəli dartılması diaqnozu qoyulub. Klub Valverdenin bərpa prosesinin gedişatının izləniləcəyini bildirib.
İspaniya mətbuatında yer alan məlumatlara əsasən, komandanın kapitanının təxminən 2 həftə ərzində komandanın məşqlərinə qayıtması gözlənilir. Bu halda Valverde milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra “Vilyarreal”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilər. O, Uruqvay millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Qeyd edək ki, Federiko Valverde “Atletiko” ilə qarşılaşmada rəqib futbolçu Li Kanq İnin sərt müdaxiləsindən sonra zədələnib.
