Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
NTV-nin xəbərinə görə, BYD markalı avtomobil Nizami küçəsində yolu qarşı tərəfə keçən 2008-ci il təvəllüdlü Bayramov Sadiq Səbuhi oğlunu və 2009-cu il təvəllüdlü Hüseynov Mənsur Coşqun oğlunu vurub.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
