satellite   Azerspace-1: 11135 H 30000

Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub

Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub

Hörmüz boğazından həyata keçirilən neft daşımalarının təxminən 60–70 faizi artıq bərpa edilib və bu göstərici artmaqda davam edir.

NTV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio NBC telekanalının “Today” proqramına müsahibəsində deyib.

Rubio bildirib ki, daha çox gəmi cənub marşrutundan təhlükəsiz şəkildə istifadə etməyə başlayıb və yaxın vaxtlarda onların sayının artacağı gözlənilir.

Dövlət katibinin sözlərinə görə, neft qiymətlərinin son iki həftədə yüksəlməsinin əsas səbəbi husilərin Səudiyyə Ərəbistanının neft boru kəmərinə hücumundan sonra kəmərin fəaliyyətinin dayandırılmasıdır.

“Hazırda sistemdə neft var, lakin bazarlar gələcəkdə Səudiyyə Ərəbistanından daha az neft tədarük ediləcəyi ehtimalına reaksiya verir”, – deyə Rubio vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM