satellite   Azerspace-1: 11135 H 30000

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq - VİDEO

Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sabah metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.

NTV xəbər verir ki, “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.

Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.

Bununla da xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM