Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.
Bu barədə NTV-yə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
"AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.
