Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
NTV xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşacaq.
"Palms Sports Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi Moldovanı təmsil edən Roman Jitari olacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.
