satellite   Azerspace-1: 11135 H 30000

FHN-in xilasediciləri Naxçıvanda kanalda batma təhlükəsində olan 1 nəfəri xilas ediblər

FHN-in xilasediciləri Naxçıvanda kanalda batma təhlükəsində olan 1 nəfəri xilas ediblər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM