satellite   Azerspace-1: 11135 H 30000

Küləkli havada baş vermiş hadisələr zamanı 4 nəfər xəsarət alıb

Küləkli havada baş vermiş hadisələr zamanı 4 nəfər xəsarət alıb

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.

NTV xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, güclü küləyin təsiri nəticəsində 3 qadın və 1 kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

“Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırırlar”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM