satellite   Azerspace-1: 11135 H 30000

Misin qiyməti rekord göstəriciyə çatıb

Misin qiyməti rekord göstəriciyə çatıb

Dünya bazarında misin qiyməti rekord göstəriciyə yüksəlib.

NTV xəbər verir ki, misin qiyməti həftələrdir yüksəliş tendensiyasını davam etdirir. London Metal Birjasında misin bir tonunun qiyməti 0,8 faiz artaraq 14 min 533 dollara çatıb. Uzunmüddətli təklif-tələb balanssızlığı səbəbindən misin qiyməti son bir ildə 17 faiz artıb.

Ekspertlərin fikrincə, qiymət artımına ABŞ-nin təmizlənmiş mis idxalına tarifləri genişləndirəcəyi ilə bağlı gözləntilər təsir edib.

Qeyd edək ki, qlobal mis ehtiyatları yüksək olaraq qalır. Beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır.

Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM