satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Gürcüstan ilə Azərbaycan hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur və tərəflər arasında heç bir gərginlik yoxdur.

NTV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Gürcüstan Patriarxlığının Azərbaycan ərazisində yerləşən Gürmük məbədi ilə bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyasına münasibət bildirən Baş nazir vurğulayıb: “Bizim heç bir gərginliyimiz yoxdur, Azərbaycan hökuməti ilə dostluq münasibətlərimiz mövcuddur. Dostluğa əsaslanaraq, bütün məsələləri çox asanlıqla müzakirə edə bilərik. Bütün məsələlər Gürcüstan və Azərbaycan hökumətləri arasında məhz bu cür dostluq rejimində nəzərdən keçirilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM