satellite   Azerspace-1: 11135 H 30000

Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib - FOTOLAR

Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyətində kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramının icrası müzakirə olunub.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin direktoru Firidun Tağıyev, rayon qərargahının üzvləri və sahibkarlar iştirak ediblər.

Görüşdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Kəngərli rayonunda həyata keçirilməsi, aqrar potensialın genişləndirilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması məsələləri müzakirə olunub. Sahibkarların qarşılaşdıqları çətinliklər dinlənilib, onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti rayonda fəaliyyət göstərən quşçuluq, bağçılıq, balıqçılıq və istixana təsərrüfatlarına baş çəkib, mövcud vəziyyətlə yerində tanış olub. Təsərrüfat sahiblərinin təklif və problemləri dinlənilib.

Sahibkarlara Dövlət Proqramının əsas istiqamətləri, aqrar sahədə tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə ətraflı məlumat verilib. İstehsalın artırılması, müasir aqrotexniki üsulların tətbiqi, mövcud təsərrüfatların genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması ilə bağlı tövsiyələr səsləndirilib.

Görüşdə aqrar sahədə fəaliyyət göstərən sahibkarların təşəbbüslərinin dəstəklənməsinin, dövlət dəstəyi imkanlarından səmərəli istifadənin və qarşılıqlı əməkdaşlığın kənd təsərrüfatının davamlı inkişafında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM