satellite   Azerspace-1: 11135 H 30000

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycanda payız fəsli başlayır.

Şamaxı Astrofizika Rəsədxanasından Naxçıvan televiziyası-a verilən xəbərə görə, 2023-cü ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq.

Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində Payız fəsli, Cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-si saat 07:27-də qış fəsli payızı əvəz edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM