satellite   Azerspace-1: 11135 H 30000

Britaniya MN: Dünyada nüvə silahından istifadə artacaq

Britaniya MN: Dünyada nüvə silahından istifadə artacaq

Dünyada nüvə silahı təhdidi artıb və yaxın iyirmi ildə də yüksək səviyyədə qalacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu qiymətləndirmələr Böyük Britaniya hökumətinin ölkənin nüvə silahının qarşısını alma vasitələrinin gələcəyinə dair hesabatında yer alıb.

"Nüvə riskləri artır", - krallığın müdafiə naziri Qrant Şepps deyib. O, Rusiyanın digər ölkələri Kiyevə kömək etməyi dayandırmağa məcbur etmək üçün məsuliyyətsiz nüvə ritorikasından istifadə etməyə çalışdığını vurğulayıb. "Çin döyüş başlıqlarının sayını sürətlə artırır və çatdırılma vasitələrinin arsenalını genişləndirir. İndi nüvə klubunun köhnə üzvlərinə yeniləri qoşulur", - Şepps diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, KXDR və İranın nüvə proqramlarının inkişafı fonunda Böyük Britaniya "məsuliyyətli nüvə gücü" statusunu qorumalı və ölkənin nüvə arsenalını, strateji sualtı raket daşıyıcıları donanmasını yeniləmək üçün işlərini davam etdirməlidir.

O, qeyd edib ki, indi 30-cu illərdən sonra da davam edəcək artan risk və dəyişkənlik dövrünü yaşayırıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM