satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb

Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.

Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM