satellite   Azerspace-1: 11135 H 30000

Aleksandar Vuçiç: Serbiyanı qarşıda çətin günlər gözləyir

Aleksandar Vuçiç: Serbiyanı qarşıda çətin günlər gözləyir

Yaxın gələcəkdə Serbiya həyati əhəmiyyətə malik milli maraqlarını təhdid edən çətin çağırışlarla üzləşəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu barədə özünün sosial media hesabında yazıb.

“Serbiyanı çətin günlər gözləyir. Son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək mənim üçün çətindir... Bunlar Serbiyanın həyati vacib milli maraqlarını birbaşa təhdid edir. Yaxın günlərdə mən serb xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Bu, həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq, Serbiya qalib gələcək”, - deyə Vuçiç bildirib.

Bundan öncə NATO-nun Yuqoslaviya hərbi müdaxiləsinin ildönümündə çıxış edən Serbiyanın dövlət başçısı ölkəsinin artıq azad olduğunu və alyansın 1999-cu ildəki hərəkətlərinə baxmayaraq, yaşamağa davam etdiyini vurğulamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM