KİV: ABŞ Türkiyədən partlayıcı maddələrin alışını artırmaq üçün danışıqlar aparır

KİV: ABŞ Türkiyədən partlayıcı maddələrin alışını artırmaq üçün danışıqlar aparır

ABŞ Ukraynaya artilleriya tədarükünü artırmaq məqsədilə Türkiyədən partlayıcı maddələrin alışını artırmaq üçün danışıqlar aparır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb.

Bildirilib ki, sözügedən partlayıcı maddələr artilleriya mərmilərinin istehsalını artırmağa və beləliklə, Ukraynaya daha çox sursat göndərməyə kömək edəcək.

Müzakirələrdən xəbərdar olan rəsmilərin fikrincə, Türkiyədən TNT kimi tanınan trinitrotoluol və yanacaq kimi istifadə edilən nitroquanidin tədarükü artilleriya mərmilərinin istehsalını 3 dəfə artıra bilər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM