satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb

Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb

“Zirehli döyüş texnikası Koalisiyası” Ukrayna Silahlı Qüvvələrinin (SQ) potensialının gücləndirilməsi məqsədilə Polşada fəaliyyətə başlayıb.

Naxçıvan televiziyası Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Qetmantsev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Varşavada daha bir koalisiyanın iştirakçılarının təsis yığıncağı baş tutub: “Onun təşəbbüskarları Almaniya və Polşadır. Hazırda Böyük Britaniya, İtaliya və İsveç onun işində iştirak edir”.

O bildirib ki, koalisiyanın məqsədi Ukraynanı silah və sursatla təmin etmək, avadanlıqlara texniki qulluq və təmir, o cümlədən texniki və hərbi kadrların hazırlanması olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM