satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Türkiyədən Qəzza zolağına səkkizinci humanitar yardım gəmisi göndərilib.

Naxçıvan televiziyası xəbər verir ki, göyərtəsində yerləşdirilən 2 min 960 tonluq humanitar yardım vasitəsini Qəzzaya çatdıracaq gəmi Mersin Beynəlxalq limanından yola düşüb. Yardımlar Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə Vəqflər Baş İdarəsi tərəfindən hazırlanıb.

Qeyd edək ki, Türkiyə indiyədək Qəzzaya 13 təyyarə və yeddi gəmi vasitəsilə 39 min 607 ton humanitar yardım göndərib. Yardımlara gigiyena, geyim və qida məhsulları ilə yanaşı, səkkiz səhra xəstəxanası, 53 təcili yardım maşını, 242 ton tibbi ləvazimat da daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM