satellite   Azerspace-1: 11135 H 30000

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Yanvar-fevral aylarında Çinin böyük internet şirkətlərinin və əlaqəli xidmətlər göstərən şirkətlərin ümumi gəliri illik müqayisədə 7,6 faiz artaraq 246,3 milyard yuan (təxminən 34,71 milyard dollar) təşkil edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Ümumi mənfəət illik müqayisədə 6,5 faiz artaraq 16,97 milyard yuan (təxminən 2,4 milyard dollar) təşkil edib.

Çində internet istifadəçilərinin sayı 2023-cü ilin sonuna qədər 1,09 milyardı ötüb. Əhalinin qlobal şəbəkəyə çıxış səviyyəsi 77,5 faiz təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM