ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

ABŞ ordusu Yəməndə husi qruplaşmasının dörd PUA-sını vurub.

NUHÇIXAN Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, PUA-lar Birləşmiş Ştatlar-İngiltərə koalisiyasına aid gəmilərə yönəldilmişdi bildirib. İnsident zamanı gəmilərin heç birinə ziyan dəyməyib.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları yəhudi dövlətinin ərazisinə hücumlar həyata keçirəcəklərini və Qəzza zolağında hərbi əməliyyat dayandırılana qədər İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM