satellite   Azerspace-1: 11135 H 30000

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Ukraynada 500 min hərbçinin səfərbərliyə cəlb edilməsinə ehtiyac xeyli dərəcədə azalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski “Ukrinform”a müsahibəsində bildirib.

Cəbhədəki vəziyyətin mürəkkəb olduğunu deyən Sırski vurğulayıb ki, Rusiya Xarkova hücum etmək fikrinə düşsə, bura onlar üçün “ölümcül şəhər" olacaq.

“Biz yalnız müdafiə olunmuruq, hər gün fərqli istiqamətlərdə irəliləyirik. Bizim geri qaytardığımız mövqelərin sayı itirilmiş mövqelərin sayını üstələyir. Düşmən strateji istiqamətlərdə əhəmiyyətli dərəcədə irəliləyə bilmədi, onun ərazi nailiyyətləri olsa-olsa taktiki əhəmiyyət daşıyır. Bu vəziyyətə nəzarət edirik”, - deyə Baş komandan əlavə edib.

Onun sözlərinə görə, müəyyən ərazilərdəki mövcud vəziyyət gərgin olaraq qalır, işğalçılar səyləri artırır və xeyli itki verməsinə baxmayaraq, kütləvi hücum taktikasını davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM