satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları bu gecədən Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə sistemin çağrı mərkəzindən məlumat verilib.

“ArCa”nın operatoru bu məsələ ilə bağlı banklarla əlaqə saxlamağı tövsiyyə edib.

Xatırladaq ki, iki həftə bundan əvvəl “ArCa”nın üzvü olan banklara Rusiyanın "Mir" sisteminə məxsus kartlara xidmət göstərməyi dayandırmaq barədə rəsmi bildiriş alıb. Bununla belə “Mir” kartlarına xidmət göstərən “Bank VTB Armenia” (Rusiyanın "Bank VTB"sinin törəmə müəssisəsi) Ermənistanda Rusiya kartları ilə işləməyə davam edəcək.

Xatırladaq ki, ABŞ "Bank VTB"ə sanksiya tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM