satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn “Azututyun” radiosuna müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: “Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar”.

Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM