satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 90,6 faiz artıb

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 90,6 faiz artıb

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hüquqi və fiziki şəxslər, eləcə də notariat ofisləri tərəfindən ümumilikdə 11 746 elektron müraciət daxil olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NTV-yə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 90,6 faiz artım qeydə alınıb.

Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını genişləndirir, vaxta qənaət etməyə, eləcə də müraciətlərin şəffaf və rahat şəkildə həllinə imkan yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM