satellite   Azerspace-1: 11135 H 30000

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

NTV xəbər verir ki, bu barədə ispaniyalı futbolçu rəsmi “İnstagram” səhifəsində məlumat yayıb.

Mata son iki mövsümü Avstraliyada keçirib. O, əvvəlcə “Vestern Sidney Uonderers”, daha sonra isə “Melburn Viktori” komandalarının formasını geyinib.

İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olan futbolçu ölkəsinin qızıl nəslinin üzvlərindən biri olub.

Klub karyerası ərzində “Real Madrid Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray” və “Vissel Kobe” komandalarında da çıxış edən Mata bir sıra titullara sahib olub.

Qeyd edək ki, o, 2008-ci ildə “Valensiya” ilə İspaniya Kubokunu qazanıb. “Çelsi”nin heyətində 2012-ci ildə UEFA Çempionlar Liqasının, İngiltərə Kubokunun, 2013-cü ildə isə UEFA Avropa Liqasının qalibi olub. “Mançester Yunayted”lə 2016-cı ildə İngiltərə Kubokunu, İngiltərə Superkubokunu, 2017-ci ildə İngiltərə Liqa Kubokunu və UEFA Avropa Liqasını qazanıb.

İspaniyalı futbolçu “Qalatasaray”ın heyətində 2022–2023-cü illər mövsümündə Türkiyə çempionu olub. “Vissel Kobe” ilə isə 2023-cü ildə Yaponiya çempionluğunu qeyd edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM