Antalya hava limanında 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyini əks etdirən sənət əsəri nümayiş olunur.
NTV xəbər verir ki, türkiyəli rəssam Aydın Yalçınkayanın “Deprem” (“Zəlzələ”) adlı əsəri azərbaycanlı Sərvər Bəşirlinin zəlzələdən zərər çəkən insanlara yardım aparmaq üçün köhnə avtomobilinə humanitar yardım ləvazimatları yüklədiyi məşhur foto əsasında hazırlanıb.
140x105 santimetr ölçüsündə olan əsər parça fraqmentlərinin yapışdırılması texnikası ilə ərsəyə gətirilib. 2023-cü ilin martında yaradılan bu sənət nümunəsi çətin günlərdə Azərbaycan və Türkiyə xalqları arasında nümayiş olunan həmrəyliyi, qardaşlığı və humanizmi sənət vasitəsilə yaşadır.
Əsərin Antalya hava limanında
