Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) sessiyası çərçivəsində 75 ölkə Türkiyənin 2035-ci ilə qədər qlobal elektrikləşmə səvissəyini 35 faizə çatdırmaq təşəbbüsünə dəstək verib.
NTV xəbər verir ki, Avropa Komissiyası daxil olmaqla 94 müxtəlif qurum və təşkilat da Ankaranın bu təklifinə qoşulmağa hazır olduqlarını bəyan edib.
Qlobal elektrikləşdirmə nisbətini hazırkı 22 faizdən 35 faizə çatdırmaqla təmiz enerji keçidini sürətləndirməyi hədəflənir, bu öhdəliyin dövlətlərin emissiyaları azaltma öhdəliklərinə töhfə verəcəyi bəyan edilib.
Elektrikləşdirmənin təmiz enerji keçidini sürətləndirəcəyi, qlobal istiləşmənin məhdudlaşdırılması səylərini tamamlayacağı və temperatur artımını sənayeləşmədən əvvəlki səviyyələrlə müqayisədə cəmi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə töhfə verəcəyi gözlənilir.
