satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası Ukrayna üçün 45 milyard avroluq yeni dəstək aləti təqdim edib

Avropa Komissiyası Ukrayna üçün 45 milyard avroluq yeni dəstək aləti təqdim edib

Avropa Komissiyası 2027-ci ildə Kiyevə 45 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutan Ukrayna üçün Əlaqələndirilmiş Dəstək Alətini təqdim edib.

NTV  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Brüsseldə bildirib.

"2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində boşluq mövcuddur. Bu gün biz 2027-ci il üçün Ukraynaya Dəstək Aləti təklif edirik. Bu alətin dəyəri 45 milyard avrodur", - o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Ukrayna bu vəsaiti Rusiya təzminat ödədikdən sonra qaytaracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM