satellite   Azerspace-1: 11135 H 30000

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Aparılan araşdırmalar göstərir ki, XXI əsrin birinci yarısınadək Xəzər dənizinin səviyyəsinin enməsi davam edəcək. 2050-ci ildən sonra isə atmosferdə qərb proseslərinin təkrarlanmasının artması ilə dənizin səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər.

Bu barədə  NTV-yə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev məlumat verib. O, qeyd edib ki, tədqiqatlarda ölkə ərazisində təhlükəli təbiət hadisələrinin sayı artdığı, Xəzər dənizinin səviyyəsinin isə aşağı düşdüyü müəyyən edilib. Qərb proseslərinin üstünlük təşkil etdiyi dövrlərdə isə Xəzər hövzəsinin şimal hissəsində, əsasən də Volqa çayı hövzəsində yağıntıların miqdarı normadan artıq olur, çay axımlarının həcmi artır və dənizin səviyyəsi yüksəlməyə başlayır.

Tədqiqatların nəticələrinə görə, Günəş fəallığının güclənməsi şimal-cənub istiqamətində proseslərinin intensivləşməsinə, zəifləməsi isə qərb-şərq istiqamətində proseslərinin güclənməsinə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM