satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Yunanıstana F-35 qırıcılarının tədarükünü təsdiqləyib

ABŞ Yunanıstana F-35 qırıcılarının tədarükünü təsdiqləyib

ABŞ Yunanıstana beşinci nəsil F-35 qırıcılarının tədarükünə razılıq vermək qərarına gəlib.

Naxçıvan televiziyası-ın məlumatına  görə, bu barədə respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-nin səlahiyyətli orqanları Yunanıstana F-35 qırıcılarının tədarükü ilə bağlı rəsmi təklif və razılıq məktubunu Milli Müdafiə Nazirliyinin Müdafiə Silahları və İnvestisiyaları Baş İdarəsinə göndərib”, - məlumatda bildirilir.

“Skai” telekanalı aydınlaşdırıb ki, Yunanıstanın alacağı 20 ədəd F-35 qırıcısı ilə bağlı razılığa gəlmək üçün indi 60 gün ərzində danışıqlar aparılacaq. Ümumilikdə, Respublika Milli Müdafiə Nazirliyi bu təyyarələrdən 40-nı almağı planlaşdırır, onların tədarükünün 2028-ci ildə başlanması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM