satellite   Azerspace-1: 11135 H 30000

UNICEF-in avtomobili Qəzzanın girişində atəşə tutulub

UNICEF-in avtomobili Qəzzanın girişində atəşə tutulub

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) avtomobili Qəzza zolağının şimalına giriş etməyi gözləyərkən atəşə tutulub.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə ofisinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Aprelin 10-da Qəzzanın şimalına giriş üçün gözləyən UNICEF avtomobili atəşə tutulub, atəş döyüş patronları ilə həyata keçirilib”, - fondun ofisindən bildirilib.

İnsidentlə bağlı məlumat İsrail hökumətinə çatdırılıb. Avtomobildə olan insanların sayı və dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.

“Təəssüf ki, humanitar təşkilatların işçiləri həyati vacib yardımı çatdırarkən ölüm riskləri ilə üzləşməyə davam edir”, - UNICEF-in regional ofisindən qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM