satellite   Azerspace-1: 11135 H 30000

ABŞ generalı: Rusiya ordusu sürətlə böyüyür, Qərbə qarşı daha aqressiv olacaq

ABŞ generalı: Rusiya ordusu sürətlə böyüyür, Qərbə qarşı daha aqressiv olacaq

Rusiya ordusu sürətlə böyüyür.

Naxçıvan televiziyası “Business Insider”ə istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli deyib.

O bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı başlatdığı müharibənin ilk vaxtından etibarən 15 % böyüyüb: “Son bir ildə Rusiya cəbhə bölgəsindəki qoşunlarının sayını 360 mindən 470 minə çatdırıb. Bu, hərbi xidmətə çağırış yaşının 27-dən 30-a qaldırılması ilə bağlıdır”.

K.Kavolinin sözlərinə görə, bütün bunlar o deməkdir ki, Rusiya yaxın illərdə çağırışçıların sayını 2 milyon nəfər artıra biləcək: “Ümumiyyətlə, Rusiya qitənin ən böyük ordusuna malik olmaq yolundadır. Müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, Rusiya Qərbə qarşı daha aqressiv olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM