İranın qərbində qaz kəməri partlayıb, ölənlər var

İranın qərbində qaz kəməri partlayıb, ölənlər var

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

“Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:04 30.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM