satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda beş böyük su anbarı demək olar ki, tamamilə dolub

Ermənistanda beş böyük su anbarı demək olar ki, tamamilə dolub

Ermənistanda beş böyük su anbarı demək olar ki, tam doludur, lakin bəndin dağılması təhlükəsi yoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kütləvi informasiya vasitələrində iri su anbarlarının bəndlərinin dağılma təhlükəsi barədə xəbərlər yayılsa da, nazirlik bu məlumatı təkzib edib.

“O cümlədən, Axuryan su anbarı 80%, Arpaliç 88%, Aparan 52%, Azat 90%, Marmarik su anbarı 97% doludur”, - deyə nazirlik qeyd edib.

Qeyd edək ki, Ermənistanın Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb. Yollar ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM