satellite   Azerspace-1: 11135 H 30000

Fransa Ukraynaya yeni silahlar göndərəcək

Fransa Ukraynaya yeni silahlar göndərəcək

Fransa və Ukraynanın hərbi nazirləri Kiyevə Parisin yeni silahlarının tədarükünü müzakirə ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, Sebastyen Lekornyu və Ukraynanın müdafiə naziri Rustüm Umerov, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyierri Burkarın Ukraynaya səfəri nəticəsində Kiyevə özüyeriyən artilleriya qurğularının və raketlərin tədarükünü müzakirə ediblər.

"Söhbət “Caesar” özüyeriyən artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri və uzun mənzilli SCALP raketlərindən gedir", - Lekornyu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM