satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Suriya vətəndaşlarına və qonşu ölkələrə 1 milyard avrodan çox yardım ayıracaq

Almaniya Suriya vətəndaşlarına və qonşu ölkələrə 1 milyard avrodan çox yardım ayıracaq

Almaniya Suriya Ərəb Respublikasında vətəndaş müharibəsinin nəticələrinin yüngülləşdirilməsinə yardım olaraq bu ölkənin vətəndaşlarına və region dövlətlərinə əlavə 1 milyard avrodan çox vəsait ayıracaq.

Naxçıvan televiziyası DPA agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən donor konfransında Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner deyib.

Xüsusilə, 1 053 milyard avro Suriya və qonşu ölkələrin sakinlərini dəstəkləmək üçün nəzərdə tutulub. Eyni zamanda, Lindner Almaniyanın nöqteyi-nəzərindən heç bir qaçqının zorla bölgəyə qaytarıla bilməyəcəyini vurğulayıb.

Bazar ertəsi Brüsseldə Suriya donorlarının 8-ci konfransı başlayıb. Avropa İttifaqı İordaniya, İraq, Livan və Türkiyədəki suriyalılara və qaçqınlara yardım üçün 2,12 milyard avro ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM