satellite   Azerspace-1: 11135 H 30000

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Google texnologiya korporasiyasının törəmə müəssisəsi olan “Wing” şirkəti Hindistan bazarında genişlənmə planları çərçivəsində Tamil Nadu əyalətində pilotsuz uçuş aparatlarının (PUA) istehsalını nəzərdən keçirir.

Naxçıvan televiziyası “Indian Defense News” portalına istinadla xəbər verir ki, şirkət artıq ştatın səlahiyyətliləri ilə PUA zavodunun işə salınması ilə bağlı danışıqlar aparır. Əgər danışıqlar uğurla nəticələnərsə, Cənubi Asiya ölkəsində istehsal olunan PUA-lar ABŞ və Avstraliyaya ixrac ediləcək.

Portalın məlumatına görə, Hindistan pilotsuz uçuş aparatları bazarında eksponent artım müşahidə olunacaq. Proqnozlara görə, 2030-cu ilə qədər Hindistanda dron bazarının həcmi 13 milyard dollara çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM