satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın DİN rəhbəri etirazçılarla görüşdən imtina edib

Ermənistanın DİN rəhbəri etirazçılarla görüşdən imtina edib

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Hazırda sizinlə görüş təşkil edə bilmərik. Danışa bilərik və uyğun olarsa, sizə xəbər verəcəyik”, - o qeyd edib.

Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan onların qarşısına çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağına bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM