satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya parlamenti buraxılıb

Böyük Britaniya parlamenti buraxılıb

Böyük Britaniyada bu gün, mayın 30-da parlament rəsmən buraxılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır.

Hazırda İcmalar Palatasının bütün üzvlərinin mandatları vaxtından əvvəl başa çatıb və artıq öz seçicilərini təmsil etmirlər. İstənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər.

Bununla belə, Lordlar Palatasının (yuxarı palata) üzvləri isə seçilmədikləri, lakin baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunduqları üçün öz vəzifələrini saxlayırlar.

Xatırladaq ki, mayın 22-də Böyük Britaniyanın baş naziri Rişi Sunak parlamentin buraxıldığını və ölkədə iyulun 4-nə növbədənkənar seçkilərin təyin edildiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM