satellite   Azerspace-1: 11135 H 30000

Yeni Kaledoniyanı tərk edənlərin sayı artır

Yeni Kaledoniyanı tərk edənlərin sayı artır

Yeni Kaledoniyada baş verən iğtişaşların ardınca tətbiq edilmiş məhdudiyyətlər iqtisadi və sosial vəziyyətin ağırlaşması ilə nəticələnib.

Naxçıvan televiziyası “Francetvinfo”ya istinadla xəbər verir ki, Fransanın digər ərazilərindən bura işləməyə gələnlərin çoxu geri qayıdır. Bu da səhiyyə müəssisələrinin işini daha da pisləşdirir. Səbəb tibb personalının başlıca olaraq metropoliyadan (Fransanın Avropadakı ərazisi) gələnlərin təşkil etməsidir. Tibb müəssisələrinin çoxu ya bağlanıb, ya da fəaliyyətini minimuma endirib.

Miqrasiya prosesi getdikcə intensivləşir. Yanvar ayından indiyədək Yeni Kaledoniyanı azı 6 min nəfər tərk edib. Yerli əhali miqrasiyanın yaxın vaxtlarda daha da sürətlənəcəyi qənaətindədir.

Əhalinin 2024-cü il üçün nəzərdə tutulan siyahıya alınması 2025-ci ilə keçirilib. Bu siyahıyaalmadan sonra miqrasiya barədə daha dəqiq rəqəmlər ortaya çıxacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM