satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov Ermənistanın kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirib

Sergey Lavrov Ermənistanın kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirib

Ermənistanın rəhbərliyi Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının “Birinci kanal”ına müsahibəsində bildirib.

“Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”, - deyə Lavrov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM