satellite   Azerspace-1: 11135 H 30000

KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək

KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək

Yaxın həftələrdə Mərkəzi Asiya ölkələrində regionda sabitliyin qorunmasına yönəlmiş bir sıra hərbi təlimlər keçiriləcək.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.

O qeyd edib ki, Rusiya Avrasiya məkanında sabitliyin qorunmasına cavabdeh olan hərbi-siyasi ittifaqların potensialını gücləndirmək üçün səylərini davam etdirir.

“Xüsusilə Əfqanıstandakı vəziyyət nəzərə alınmaqla, Mərkəzi Asiya regionunda sabitliyin qorunması məqsədilə Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazisində silsilə hərbi təlimlərin keçirilməsi planlaşdırılır”, - M.Aqasandyan bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM