satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda 209 nəfər şiddətli yağışların qurbanı olub

Pakistanda 209 nəfər şiddətli yağışların qurbanı olub

Pakistanda iyulun əvvəlindən güclü musson yağışları nəticəsində ölənlərin ümumi sayı 209 nəfərə çatıb, təxminən on min nəfər isə xəsarət alıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Nəşrin məlumatına görə, son 24 saat ərzində Pəncab əyalətində təbii fəlakət qurbanlarının sayı 14 nəfər artaraq 84 nəfərə çatıb.

Milli Fövqəladə Hallar Mərkəzi növbəti bir neçə gün ərzində ölkənin şimalında güclü leysanların davam edəcəyi barədə xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM