satellite   Azerspace-1: 11135 H 30000

KİV: Qəzzada atəşkəs razılaşması təhlükə altındadır

KİV: Qəzzada atəşkəs razılaşması təhlükə altındadır

İsrail və Fələstinin radikal “HƏMAS” hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması təhlükə altındadır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə “Politico” qəzeti Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Son saziş layihəsi həm HƏMAS-ın, həm də İsrailin tələblərini nəzərə aldığı üçün bu günə qədərki ən güclü layihədir. Bununla belə, Fələstin hərəkatının hazırkı şərtlərlə razılaşmanı qəbul etməyəcəyinə dair açıq bəyanatları təşəbbüsün iflasa uğrayacağı qorxusunu artırır.

“Politico” qeyd edib ki, əgər müzakirəçilər bu həftə Qahirədə razılığa gələ bilməsələr, tərəflərin atəşkəs əldə etmək imkanları tükənə bilər. Bu, öz növbəsində, İsrailin İran və Livanın Hizbullah partiyası ilə münasibətlərinin, o cümlədən birbaşa hərbi münaqişəyə qədər kəskinləşməsinə səbəb ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM