satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəli nazirdən xəbərdarlıq: Diqqətli, ehtiyatlı olmaq lazımdır

Türkiyəli nazirdən xəbərdarlıq: Diqqətli, ehtiyatlı olmaq lazımdır

Türkiyə meşə yanğınlarının əksəriyyəti insan faktoru, o cümlədən diqqətsizliklə bağlıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı “24 TV”-nin efirində deyib.

O bildirib ki, statistikaya görə yanğınların 90 faizi ehtiyatsızlıqla bağlıdır: “Məsələn, manqal qalanması, insanların siqaret kötüklərini yerə atması və s. kimi hallar meşə yanğınlarına səbəb olur”.

Nazirin sözlərinə görə, sentyabrın 15-nə qədər xüsusilə kritik dövrdür: “Odur ki, diqqətli, ehtiyatlı olmaq lazımdır. Yanğınlara qarşı ancaq birgə səylər nəticəsində mübarizə aparmaq olar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM